YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Azərbaycanın müəllifi olduğu layihələr regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır

«Azərbaycanın sübut olunan təbii qaz ehtiyatı 2,6 milyard kubmetr, neft ehtiyatı isə 2 milyard ton təşkil edir ki, bu da ölkəmizi dünyanın ən iri neft regionları sırasına çıxarır». Bu fikri energetika nazirinin müavini Natiq Abbasov deyib.

N.Abbasov bildirib ki, hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr qaz və 115-120 min ton neft hasil olunur. Bu da dənizdə və quruda istismar edilən yataqlardan, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır.

«Azərbaycanın müəllifi olduğu, neft-qaz sənayesinin hüdudlarından çox-çox kənara çıxan layihələr, ölkələrimizin və regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır və bu layihələrin reallaşması Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolunu daha da artıracaq. “Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının mənimsənilməsi, “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman” və digər perspektiv strukturlarda hasilatın artırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axınının qarşıdakı illərdə də davam etməsi gözlənilir» - deyə nazir müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv