YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Səhiyyə sahəsində yeni qanun layihələri üzərində iş gedir

«İndiyə qədər parlamentdə əhalinin sağlamlığının qorunmasına xidmət edən bir sıra qanunlar qəbul edilib. Hazırda da yeni qanun layihələri üzərində iş gedir». Bu fikirləri Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, yeni layihələrdən biri psixoloji yardım haqqında qanun layihəsidir. Onun sözlərinə görə, bu məsələ aktualdır.

«Bilirsiniz ki, depresiyyalar, ailə münaqişələri, kollektivdə işçi ilə münasibətlərin tənzimlənməsi və digər məsələlər bütün dünyada diqqətləri psixoloji yardımın önəminə çəkir. Psixoloji yardıma müraciət edənlərin sayının artımı isə bu sahədə diplomsuz mütəxəssilərin olması, qeyri-leqal çalışanların çoxalması  kimi problemlərin üzə çıxmasına gətirib çıxarır. Bu səbəbdən psixoloji yardımla bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var. Yeni hazırlanan qanun layihəsində psixoloji yardımın  hansı çərçivədə, harada göstərilməsi, dövlət və özəl sektorda bu xidməti göstərmək üçün sertifikatın kimdən alınması, icazə verən orqanın adının müəyyənləşdirilməsi və digər məsələlərin hüquqi baza ilə tənzimlənməsi nəzərdə tutulub. Bundan başqa, «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi də hazırlanır ki, bu da aktual məsələdir. Belə bir qanun dünya ölkələrinin təcrübəsində də var»- deyə, R.Məmmədhəsənov vurğulayıb.