YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: “Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi ölkənizin davamlı sosial-iqtisadi inkişaf və Azərbaycanın qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi daha da artırır.

Bu səylərinizdə Dünya Turizm Təşkilatının davamlı dəstəyindən əmin olun. İnanıram ki, Azərbaycan və Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.