YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan dövləti dayanıqlı inkişaf məqsədlərini reallaşdırmaq üçün güclü siyasi iradəyə və qətiyyətə sahibdir

«Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən dövlət başçısı kimi fəaliyyətində  Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən ölkəmizi inkişaf etdirir. Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində inkişaf bütün sahələri, o cümlədən sosial sahəni əhatə edir. 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədləri sammitində məhz əhalinin rifahının yüksəldilməsi, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması və digər mühüm məsələlərə dair qərar qəbul olunub. Azərbaycan bu sammitdə qəbul olunmuş məsələlərin icrası yönündə ciddi addımlar atıb». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ötən illər ərzində Azərbaycanda yoxsulluğun azaldılması, əhalinin rifahının yüksəklməsi istiqamətində ciddi addımlar atılıb. Onun sözlərinə görə, «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı» və «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» uğurla icra olunub. Görülən işlər ərzində ölkəmizdə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə düşüb.

 «Ötən ilin 25-27 sentyabr tarixlərində keçirilən BMT-yə üzv dövlətlərin Dayanıqlı İnkişaf Sammitində «Dayanıqlı İnkişaf Məqsədləri» adlı sənəd qəbul olunub. Bu sənəd 2030-cu ilədək inkişaf məsələlərini nəzərə tutur və ölkəmiz də bu sənədə qoşulub. Bu sənəddə davamlı inkişaf üçün 17 məqsəd qəbul olunub və həmin məsələləri dövlətlər öhdəlik kimi götürüb. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı beynəlxalq hesabatlarda da Azərbaycan hökumətinin fəaliyyəti müsbət qiymətləndirilir. Ölkə Prezidentinin 6 oktyabrda imzaladığı «Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında» Fərmanı da bir daha göstərir ki, dövlətimiz beynəlxalq öhdəliklərə nəqədər böyük hörmət göstərir, hesabatlılığa önəm verir. Azərbaycan üçün prioritet olan istqamətlərə hökumət çox böyük əhəmiyyət verir. Hesab edirəm ki,  Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması həqiqətən tarixi hadisədir. Eyni zamanda bu fakt onu göstərir ki, Azərbaycan dövləti dayanıqlı inkişaf məqsədlərini reallaşdırmaq üçün güclü siyasi iradəyə və qətiyyətə sahibdir. Şübhəsiz ki, dövlətimiz qarşıya qoyulan məqsədlərə və hədəflərə çatacaq»- deyə, M.İbrahimqızı vurğulayıb.