YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri və səfər zamanı hər iki ölkə rəhbərinin mətbuata verdikləri bəyanatla əlamətdar olub.

Prezident İlham Əliyev çıxışında bildirib ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi əhəmiyyət daşıyır. Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var”.

Əldə edilmiş razılaşmalar onu deməyə əsas verir ki, iki ölkə qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə ciddi addımlar atıb. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, gələcək əməkdaşlığımıza yeni dinamika verəcəkdir.

İmzalanan sənədlərin çoxsahəli olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edilib. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik.

Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində müxtəlif sahələr üzrə 10-dan artıq memorandum imzalanıb ki, bu da gələcəkdə hər iki ölkənin əksər sahələrdə əməkdaşlıq etməsi üçün hüquqi baza yaradacaqdır.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi To Lam isə verdiyi bəyanatda dost Azərbaycanda qonaqpərvərliklə qarşılandığı, eyni zamanda gələcək əlaqələrə təkan verəcək mühüm sənədlərin imzalanmasından məmnun qaldığını bildirib.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibinin Azərbaycana ilk səfəri çox uğurlu keçib. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu səfər mühüm siyasi əhəmiyyətə malik olmaqla Azərbaycan-Vyetnam əməkdaşlığında mühüm mərhələ kimi tarixə düşüb.