YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniyanın Qərbi Hollivud şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar ABŞ-ın Qərbi Hollivud şəhəri tərəfindən xüsusi bəyannamə qəbul edilib. Bəyannamədə 18 oktyabr tarixi Qərbi Hollivud şəhərində Azərbaycanın Müstəqillik Günü elan olunub. Bəyannamə şəhər meri Loren Meyster və Şəhər Şurasının üzvləri tərəfindən imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

Bəyannamədə qeyd olunur ki, Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Qeyd edək ki, oxşar bəyannamələr Kaliforniyanın San-Dieqo vilayəti və Torrens şəhəri tərəfindən də qəbul edilib. Bu bəyannamələr ilə 18 oktyabr tarixi müvafiq olaraq Torrens və San-Dieqo vilayətində Azərbaycanın Müstəqillik Günü elan edilib.

Həmçinin Kaliforniyanın Örvayn şəhərinin meri tərəfindən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi münasibətilə ölkəmizin Los-Ancelesdəki baş konsulluğuna təbrik məktubu göndərilib.

DİGƏR Xəbərlər Arxiv