YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Əsas götürülən iqtisadi, siyasi, beynəlxalq kurs müvəffəqiyyətlə yerinə yetirilir

Prezident İlham Əliyevin apardığı siyasi, iqtisadi, beynəlxalq kurs ən doğru yoldur və onun müvəffəqiyyətlə yerinə yetirilməsi hər bir məmurdan, vətəndaşdan da asılıdır.

Bunu Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkənin hər bir vətəndaşı bu kursu düzgün başa düşməlidir və onun həyata keçirilməsi istiqamətində hər kəs əlindən gələni etməlidir: “Prezidentin bütün çıxışlarında ölkənin təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, işsizliyin aradan qaldırılması, insanların sosial rifahının yaxşılaşdırılması önə çəkilir. Prezident İlham Əliyevin “Ölkənin müdafiə gücünün artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin ən birinci vəzifəsidir. Biz hec vaxt imkan verməyəcəyik ki, Azərbaycan ərazisində ikinci bir dövlət yaradılsın” fikri alqışa layiqdir. Hazırda əsas götürülən iqtisadi, siyasi, beynəlxalq kurs müvəffəqiyyətlə yerinə yetirilir və Prezident İlham Əliyev tərəfindən bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcək”.

Prezident İlham Əliyevin dövlətin idarəetmə strukturunun təkmilləşdirilməsinə xüsusi önəm verdiyini deyən T.Rzayev qeyd edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün rəhbər işçilərin də məsuliyyəti artırılmalıdır: “Prezident İlham Əliyev bunu öz çıxışlarında qeyd edir. Hər bir rəhbər işçi də bunu başa düşərək ölkənin inkişafı naminə işlər görməyə çalışmalıdır”.