YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanın gələcək inkişafına xidmət etdiyi üçün xalqımız referenduma çıxarılan məsələləri dəstəklədi

«Ölkəmizdə yeni iqtisadi şəraitdə qarşıya qoyulan hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Onun sözlərinə görə, başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir, komplekx xarakter daşıyır və çoxsaylı sahələr şamil olunur.

«Məhz ümumxalq səsverməsində təsdiq olunmuş məsələlərin əhatəliliyi də bunu göstərir. Azərbaycan Konstitusiyasına ümumxalq səsverməsi – referendum vasitəsilə dəyişiklik və əlavələrin edilməsi də zamanın tələblərinə uyğun atılan addımlardandır. İnsan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digər məsələlər Konstitusiya islahatlarının müxtəlif və geniş sahələr əhatə etdiyini göstərir. Əminliklə söyləmək olar ki, Konstitusiya dəyişiklikləri ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymaqla, islahatlar daha çevik şəkildə davam etdiriləcək. Azərbaycanın gələcək inkişafına xidmət etdiyi üçün xalqımız referenduma çıxarılan məsələləri dəstəklədi»- deyə, T.Rzayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv