YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Berndəki səfirliyində yaradılan seçki məntəqəsində fəallıq müşahidə edilir

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin İsveçrədəki səfirliyində 17 saylı Yasamal III seçki dairəsinin nəzdində 43 saylı seçki məntəqəsində səsvermə vətəndaşların fəallığı şəraitində keçir.

Səfirlikdən bildirib ki, Berndəki diplomatik nümayəndəlikdə yaradılan seçki məntəqəsində səfirliyin və ölkəmizin BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndələyinin əməkdaşları və onların ailə üzvləri, İsveçrədə daimi yaşayan, eləcə də bu ölkədə səfərdə olan şəxslər olmaqla, beş yüzədək Azərbaycan vətəndaşının səsvermədə iştirak gözlənilir.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

 

DİGƏR Xəbərlər Arxiv