YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Şəki şəhər şöbəsi seçicilərlə görüş keçirib

Sentyabrın 15-də  “Yeni Azərbaycan” təşviqat qrupunun Şəki şəhər şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Orta Zəyzid kəndində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Şəki şəhər şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov Referendum Aktı haqqında məlumat verib. Diqqətə çatdırıb ki, “Yeni Azərbaycan” təşviqat qrupunun Şəki şəhər şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. H. Həsənov əmin olduğunu bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya islahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: “Yeni çağırışlar və reallıqlar Konstitusiya islahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır”.

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir. İlk milli Konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişafın yeni şərtlər diktə etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, inkişafın ortaya çıxardığı çağırışlar və tələblərə  adekvat cavab vermək, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: “Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün islahatlar həyata keçirir və Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər də bu baxımdan mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq”.

AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır: “Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər”.

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayıblar.

 

DİGƏR Xəbərlər Arxiv