YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Gəncə sürət qatarının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur

2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı-Gəncə istiqaməti üzrə qatarların sürəti saatda 100-140 kilometr təşkil edəcək.

“İstifadəyə veriləcək sürətli qatarlarda qiymət təqribən 15 manat olacaq. Sərnişinlər qatarlarda Wi-Fi sistemindən istifadə edə biləcəklər. Bakıdan Gəncəyə olan məsafəni bu qatarlarla 3,5 saata çatmaq mümkün olacaq”, - deyə C.Qurbanov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv