YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Yevlax şəhər şöbəsi seçicilərlə görüş keçirib

“Yeni Azərbaycan” təşviqat qrupunun Yevlax şəhər şöbəsinin tədbirlər planına uyğun olaraq, rayonun Xaldan kəndində seçicilərlə görüş keçirilib. “Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən tədbiri giriş sözü ilə «Yeni Azərbaycan»” təşviqat qrupunun Yevlax şəhər şəhər şöbəsinin sədri müavini, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq son 13 ildə qazanılan uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Yevlaxın da yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib.

Sonra “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov çıxış edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun, ali qanunlara olunan əlavə və düzəlişlərə dair ümumxalq səsvermələri (referendumlar) ölkələrin ictimai, siyasi, demokratik həyatında tarixi hadisə kimi böyük əhəmiyyət daşıyır. Bu baxımdan sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və Azərbaycanın sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.

Çıxışında təklif olunan əlavə və dəyişikliklər barədə geniş məlumat verən millət vəkili «Əminəm ki, hər zaman Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilən və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən yevlaxlı seçicilər sentyabrın 26-da da fəallıq göstərəcək, təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər» deyib.

Seçicilər qarşısında çıxış edən YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova, təşviqatçılardan Şahin Kərimov, Vaqif Xəlilov və başqaları bildiriblər ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib.

Öz növbəsində görüşdə iştirak edən Xaldan kənd sakinləri sentyağbrın 26-da təklif olanan əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.