YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi rayonunda "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən təbliğat-təşviqat işlərinə start verilib

"Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsi də 26 sentyabrda keçiriləcək referendumla bağlı təbliğat-təşviqat kampaniyasına uğurla başlayıb. "Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsindən bildirilib ki, gecə saatlarından başlayaraq plakatlar xüsusi ayrılmış yerlərdə yapışdırılıb. Bu işlər rayonun bütün seçki məntəqələrini əhatə edir. 

Qeyd edilib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin üzvləri və gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Bildirilib ki, Ağcabədi rayonunda 2 seçki dairəsi fəaliyyət göstərir. 82 saylı Ağcabədi Seçki Dairəsində 46 məntəqə üzrə 45601 nəfər seçici, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin 27 məntəqəsi üzrə 21274 nəfər, bütövlükdə rayon üzrə 73 seçki məntəqəsi üzrə  66875 nəfər seçici var.