YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupunun Qazax rayon şöbəsi gecə saatlarından başlayaraq "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat plakatlarını yapışdırıb

Ümumxalq səsverməsi (referendum) üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Qazax rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına start verib. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Qazax rayon şöbəsinin sədri Həmid Pənahov bildirib ki, bu gün gecə saatlarından başlayaraq məntəqələr üzrə xüsusi ayrılmış yerlərə "Yeni Azərbaycan" təşviqat qrupunun təbliğat plakatları yapışdırılıb.

H.Pənahov bildirib ki, Qazax rayonu üzrə 2 seçki dairəsi fəaliyyət göstərir. Onun sözlərinə görə,  107 saylı Qazax Seçki Dairəsi üzrə 36, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə isə Qazax rayonunun inzibati ərazisində 12 seçki məntəqəsi mövcuddur.