YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin Lerik «Yay məktəbi»ndə bu gün “İctimai əlaqələr” mövzusunda təlim keçirilib

İyulun 9-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün Lerik “Yay məktəbi”  çərçivəsində “PR (İctimai əlaqələr)” mövzusunda təlim keçirilib.

Qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə  PR-ın  sosial mediadakı rolundan danışaraq, onun  biznes təkilatlarının, müxtəlif təşkilatların, qeyri-hökümət təşkilatları və siyasi partiyaların cəmiyyətdəki mövqeyinin əks olunmasındakı əhəmiyyətini qeyd edib.

V.Rəhimzadə  yenilikçi gəncləri müasir texnologiyalardan səmərəli istifadə etməyə çağırıb.

Daha sonra  gənclər arasında intellektual yarış keçirilib.