YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rus Pravoslav Kilsəsi: Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur

Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqları ilə bağlı qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.

Bu, Rus Pravoslav Kilsəsinin Azərbaycanın Rusiyadakı səfirliyinin Pravoslavların Parlamentlər Assosiasiyasının XXIII illik konfransının yekun deklarasiyası ilə bağlı müraciətinə cavab məktubunda bildirilir.

Bu barədə Trend-ə səfirlikdən verilən məlumatda qeyd olunur.

Məktubda deyilir ki, 1993-cü ildən başlayaraq, Moskva və bütün rusların patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin görüşləri keçirilib. Bu görüşlərdə iştirakçılar dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur və siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə xristianlıq və islam nöqteyi-nəzərindən günah sayılır.