YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 4 milyon 700 min nəfərdən çoxdur

2016-cı il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 962,3 min nəfər olub, onlardan 4 milyon 716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,7 min nəfər, qeyri-dövlət sektorunda isə 631,4 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,9 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,2 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb.