YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada daha 53,3 il istifadə oluna biləcək neft ehtiyatı vardır

bp şirkətinin ötən il üçün hazırladığı qlobal neft ehtiyatları hesabatında yer alan məlumatlara görə, dünya neft ehtiyatlarının miqdarı ötən il 2012-ci illə müqayisədə 1,1 faiz artaraq təxminən 1,7 trilyon barelə çatmışdır.

Bu da dünyada 53,3 il istifadə oluna biləcək qədər neft ehtiyatlarının mövcudluğu deməkdir. Qlobal neft ehtiyatlarının böyük qismi ABŞ-dadır. Hazırda bu ölkə 44,2 milyard barel neft ehtiyatına malikdir.

ABŞ-dakı “Bakken”, “Eagle Ford” və “Permiyen” hövzələrində istifadə ediləcək üfüqi qazma texnologiyası sayəsində ölkədə daha çox neft çıxarmaq mümkün olacaqdır. “Permiyen” hövzəsində ABŞ-ın neft ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq həcmdə qazma işləri həyata keçiriləcəkdir. “Pioneer Natural Resources” şirkətinin apardığı araşdırmalara əsasən, yatağın neft potensialı 75 milyard barel həcmində qiymətləndirilir.