YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər 20,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən cari ilin yanvar-iyul aylarında 8379 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 987 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Bu dövrdə əlilliyi olan şəxslər ümumilikdə 20501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər. Onlardan1034ədədi əlil arabası, 646 ədədi aşağı və yuxarı ətraf protezi, 781 ədədi aşağı və yuxarı ətraf ortezi, 1750 ədədi dirsəkaltı və qoltuqaltı ağac, 578 ədədi dördayaqlı dayaq vasitəsi, 489 ədədi bel və boyun nahiyəsi üçün korset olub. Həmçinin 386 ədəd eşitmə aparatı, 1675 ədəd əsa, 1967 cüt protez ayaqqabı, 2602 cüt ortopedik ayaqqabı, 5467 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. onların istifadəsinə verilib. Bununla yanaşı, əlilliyi olan şəxslərə məxsus 557 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə işləri aparılır. Yanvar-iyul aylarında həmin stasionar bölmələrdə 431 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib.