YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ölkə daxilində gərginlik Sarkisyan rejiminin sonunu yaxınlaşdırır

«Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir. Bu ölkənin məhz belə bir acınacaqlı duruma düşməsi ilk növbədə onun işğalçılıq siyasəti ilə bağlıdır». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki,  Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması nəinki Ermənistan hakimiyyətinə ciddi divident gətirmir, əksinə vəziyyətini daha da ağırlaşdırıb. Onun sözlərinə görə, hazırda ölkə daxilində gərginlik, əhalinin etirazları Sarkisyan rejiminin sonunu yaxınlaşdırır.

«İşğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. İqtisadi tənəzzül isə əhalinin sosial durumunun ağırlaşmasında birbaşa rol oynayır. Son zamanlar bu ölkədə etiraz aksiyalarının davamlı xarakter alması da hakimiyətlə xalq arasında uçurumu dərinləşdirir»- deyə, E.Məmmədov vurğulayıb.