YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İmişli rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması ilə bağlı yığıncaq keçirilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı barədə yığıncaq iştirakçılarına geniş məlumat verib. O, bu dəyişikliklərin əhəmiyyəti haqqında danışıb, hər kəsi prosesdə fəal olmağa çağırıb.

S.Ağayev təklif olunan dəyişikliklərdə bir çox məsələlərin yer aldığını vurğulayaraq qeyd edib ki, bu dəyişikliklərdə idarəetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb.

Daha sonra tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri Konstitusiyaya təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıb, bu dəyişikliklərin ölkəmizin gələcək inkişafına verəcəyi töhfələri vurğulayıblar.

Sonda ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndələr seçilib.