YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türkiyənin xarici işlər nazirinin ölkəmizə səfəri əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir

«Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfəri əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir». Bu fikri Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Onun sözlərinə görə, iki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır.

«Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Nazirin ölkəmizə səfəri zamanı aparılan müzakirələr və bəyanatlar bu faktı bir daha təsdiqləyir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə bu ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada  nüfuzu daha da artmaqdadır»- deyə, N.Cəfərov vurğulayıb.