YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

«Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr yerinə yetirilib». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilməlidir və bu yöndə də 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir.

«Bu,  həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Cənab Prezidentin dediyi kimi  biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra  olunur və hazırda bu proqramların üçüncü mərhələsi  həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, həyata keçirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni  və digər obyektlərin təməlinin qoyulmasının və ya  açılışının şahidi oluruq. Nazirlər Kabinetinin iclasında dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı da xüsusi olaraq fikirlərini bildirdi və müvafiq tapşırıqlarını verdi. Ölkəmizdə bu sahənin potensialı böyükdür və inanırıq ki, ölkəmiz qarşıya qoyduğu hədəflərə nail olacaq»- deyə, komitə sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv