YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda beynəlxalq bitkiçilik, landşaft və şəhərsalma sərgisi keçiriləcək

Dekabrın 15-dən 17-dək EIANEXPO marketinq agentliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində beynəlxalq bitkiçilik, landşaft və şəhərsalma sərgisi - AFU EXPO 2016 keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, sərgidə bu sahələrin inkişafına xidmət edən avadanlıqların, sistemlərin və müxtəlif xidmətlərin, dekor materiallarının, müxtəlif bitkilərin, gübrələrin nümayiş olunması nəzərdə tutulub.

Qeyd edək ki, ən önəmli ticarət sərgiləri təşkilatçılarından olan EIANEXPO Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib, hər il baş tutan sərgilərdə bu günədək yüzlərlə şirkət təmsil olunub.