YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndiyədək 5100-dən çox gənc sahibkara 355,2 milyon manat güzəştli kredit verilib

Sahibkarlıq fəaliyyətinə və gənclərin məşğulluğunun artırılmasına dəstək məqsədilə indiyədək 5 min 100-dən çox gənc sahibkara 355,2 milyon manat güzəştli kredit verilib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iyulun 1-də Bakıda "Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 15 min 300-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.