YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Şirvan şəhərinə 1,2 milyon manat ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də “Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 1,2 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400 min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800 min manat ayrılıb.