YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mülki Məcəlləyə dəyişikliklər edilib

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Məcəlləyə dəyişikliklər məsələsi  müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən Azərbaycanda sənədli adlı investisiya qiymətli kağızları buraxılacaq.

Mülki Məcəlləyə əsasən istiqrazlar və səhmlər investisiya qiymətli kağızlardır. İnvestisiya qiymətli kağızları buraxılışlarda yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. İndiyə qədər investisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılıb. Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən investisiya qiymətli kağızları həm sənədsiz, həm də sənədli olmaqla adlı formada buraxılacaq.

Müzakirələrdən sonra sənəd qəbul olunub.

DİGƏR Xəbərlər Arxiv