YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Səmədov: Bilik Fondu bir sıra sahələr üzrə, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüb

«Yarandığı gündən Bilik Fondu bir sıra sahələr üzrə, eyni zamanda, əhalinin hüquqi maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüb». Bu fikri Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib.

O.Səmədov bildirib ki, bu istiqamətdə fond tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, 2016-cı ilin ötən dövründə Bilik Fondu 16 yerli, regional, beynəlxalq konfrans keçirib ki, onlardan dördü hüquqi məsələlərə həsr olunub.

«Fondda 700-dən çox mühazirəçi var. Qurum tərəfindən ölkənin müxtəlif rayonlarında yaradılan Bilik evlərində təşkil edilən mühazirələrin əksəriyyəti hüquq məsələlərinə həsr olunub»- deyə, O.Səmədov qeyd edib.