YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycan azad, demokratik dövlət kimi fərqli siyasi baxışların, düşüncələrin mövcud olduğu ölkədir

«Qurtuluş məfkurəsi Azərbaycının inkişafı  üçün fundament rolunu oynadı. Biz qonşu ölkələrdə vəziyyəti  analiz edəndə görürük ki, onlar Azərbaycanın 1993-cü ildə yaşadıqlarını indi yaşayırlar. Ukrayna hadisələri buna bariz nümunədir. Bir sıra ölkələr milli təfəkkürün, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini başa çatdırmayıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, Azərbaycan azad, demokratik dövlət kimi fərqli siyasi baxışların, düşüncələrin mövcud olduğu ölkədir. Onun sözlərinə görə,  əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, xalqın formalaşması prosesi başa çatıb.

«Bütün bunların əsasında isə məhz qurtuluş məfkurəsi dayanır. Çünki insanlar o dövrdə bir dəfə, amma tam dəqiq və düzgün nəticə çıxarıblar ki, bir daha o vəziyyətə qayıtmaq olmaz. Həmin çətinliklərdən çıxış yolu bu oldu ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə dəvət olundu, Onun qurduğu dövlət var, müəllifi olduğu Konstitusiya var və bizim bir inkişaf yolumuz var. Bu isə dövlətin xilasıdır, dönməz yoludur, qurtuluş məfkurəsi isə əbədidir. 1990-cı illərin əvvəlində yaşadığımız ağır vəziyyətin bir daha təkrarlanmaması üçün Heydər Əliyev yoluna sadiq olmaq və bu yolu davam etdirmək lazımdır»- deyə, komitə sədri vurğulayıb.