YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Almaniya parlamentinin qəbul etdiyi qərar ədalətsiz və qərəzlidir

"Tarixi yenidən tədqiq etmək, ona qiymət vermək siyasətçilərin işi deyil, bununla tarixçilər məşğul olmalıdır". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib. Almaniya parlamentində qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarın qəbul olunmasının qeyri-obyektiv olmaqla yanaşı, tarixi faktların təhrif olunmasının, tarixin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin və ədalətsizliyin göstəricisi olduğunu deyən millət vəkilinin sözlərinə görə, tarixin saxtalaşdırılması, onun qeyri-obyektiv təhlil edilməsi tamamilə yolverilməzdir və bu, heç bir dövlətə başucalığı gətirmir. Bu gün Avropanın həllini gözləyən kifayət qədər böyük problemlərinin olduğunu söyləyən AŞPA-nın komitə sədri deyib ki, terrorizmin genişlənməsi,  qaçqın və miqrant axınının durmadan artması, multikulturalizm və tolerantlıq mühitinin faktiki olaraq ciddi təhlükə qarşısında qalması və s. belə mənfi tendensiyaların aradan qaldırılmasına çalışmaq əvəzinə Avropa İttifaqının aparıcı dövləti olan Almaniyanın bu cür xırda və cılız maraqlar arxasınca getməsi başa düşülən deyil.

Bir sıra Qərb dövlətlərinin belə bir addım atmasının beynəlxalq münasibətlər sistemində gərginlik yaradacağını söyləyən Sahibə Qafarova vurğulayıb ki, əgər Almaniya, Fransa və bu kimi digər böyük dövlətlər ədalət axtarışında, həqiqət sorağındadırlarsa, onda əsl həqiqətlərin ortaya çıxarılması üçün Türkiyə dövlətinin əməkdaşlıq təklifinin Ermənistan tərəfindən qəbul olunması yönündə çağırışlar etməlidirlər. Millət vəkili həmçinin vurğulayıb ki, bu gün Qərb dövlətləri soyqırımları axtarışına çıxıbsa, Ermənistan dövlətinin azərbaycanlilara qarşı törətdikləri soyqırımlarına qiymət versə daha ədalətli olardı: "Olmayan bir hadisəyə qiymət vermək, onun baş verdiyini iddia etmək tarixi inkar etməkdir. Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifindən boyun qaçırır. Çünki ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Almaniya kimi bir dövlətin qanunverici orqanı bu cür zərərli, heç kəsə faydası olmayan oyunlarda iştirak edir. Bu hər şeydən əvvəl bu ölkənin özünün nüfuzuna böyük zərbədir"- deyə, S.Qafarova qeyd edib.