YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diasporunun üzvü Rusiya Dövlət Dumasının ali mükafatına layiq görülüb

Rusiyadakı Azərbaycan diasporunun fəalı Araz Mürsəliyev Rusiya Dövlət Dumasının ali mükafatına layiq görülüb

Rusiya Federasiyası Dövlət Dumasının Millətlərlə İş üzrə Komitəsinin Ekspertlər Şurasının və Rusiya Xalqlar Assambleyası Şurasının sədr müavini Araz Mürsəliyev Rusiya parlamentinin sədri Sergey Narışkin tərəfindən “Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına verdiyi töhfələrə görə” fəxri fərmana layiq görülüb.

Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurası və Dövlət Dumasının Millətlərlə İş üzrə Komitəsinin birgə iclasında Dövlət Dumasının ali mükafatı həmyerlimiz Araz Mürsəliyevə təqdim edilib. Ali mükafatı Rusiya Dövlət Duması sədrinin birinci müavini İvan Melnikov təqdim edib.

İclasda çıxış edən Araz Mürsəliyev onun fəaliyyətinə verilən qiymətə görə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə təşəkkürünü bildirib.