YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusunda forum keçirilir

İyunun 2-də Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə “Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar” mövzusunda forum işə başlayıb.

Forum Saksoniya vilayətindən olan müəssisələrin nümayəndələrinin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH" İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Forumda Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıq, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutacaq. Azərbaycan şirkətləri bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq, şəbəkələrini güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edəcək.