YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bizim gələcəyə də çox dəqiq və aydın baxışlarımız var

“Biz istəyirik ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin. İstəyirik ki, bölgədə sabitlik möhkəmlənsin. Bu gün dünyada baş verən hadisələr, təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar baş verir. Əlbəttə ki, bu, arzuolunan mənzərə deyil.

Biz isə çalışırıq ki, bölgəmizdə sabitlik olsun. Ancaq ölkələr sabitlik şəraitində inkişaf edə bilər. Ancaq ölkələrə sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər. Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün maraqlı ola bilər.” Bu fikirləri Prezident İlham Əliyev iyunun 1-də Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılış mərasimində nitqində söyləyib.

Dövlət başçımız qeyd edib ki, bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. İyirmi beş il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər, yaxşı yaşaya bilər, öz taleyinin sahibi ola bilər, bütün ölkələr ilə normal münasibətlər qura bilər. Ən əsası ondan ibarətdir ki, bizim gələcəyə də çox dəqiq və aydın baxışlarımız var.