YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsinə mükəmməl hüquqi baza yaradılıb

«BMT-də uşaq hüquqlarına dair Konvensiya qəbul edilib və Azərbaycan  müstəqillik qazandıqdan sonra bu Konvensiyaya qoşulub. Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli vətənə layiqli vətəndaş kimi böyümələri üçün hər bir şərait yaradılıb. Onun sözlərinə görə, uşaq hüquqları insan hüquqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.

«Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsinə mükəmməl hüquqi baza yaradılıb. Milli Məclis tərəfindən «Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında», «Uşaq hüquqları haqqında», «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozquntularının profilaktikası haqqında», «Məişət zorakılığının qarşısının alınması haqqında», «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reablitasiyası və sosial müdafiəsi haqqında» qanunloarın qəbul olunması da buna sübutdur»- deyə, R.Əliyev vurğulayıb.