YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan dünya miqyasında öz sözünü deyən, öz yeri olan nüfuzlu və qüdrətli bir ölkədir

«Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Bəzi beynəlxalq dairələr güclü liderə malik olan güclü dövlətləri sevmirlər. Çünki hesab edirlər ki, zəif liderlər olmalıdır ki, onların verdikləri tapşırıqları yerinə yetirsin. Azərbaycan azsaylı ölkələrdəndir ki, müstəqil siyasət həyata keçirir». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr yaradır, münasibətləri öz maraqları əsasında davam və inkişaf etdirir. Bunun da əsasında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi dayanır. Onun sözlərinə görə, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, Prezident İlham Əliyev isə Azərbaycan dövlətinin maraqlarını qətiyyətlə müdafiə edir.

«Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malikdir. Bir neçə il öncə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin  Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki illik üzvlük müddətində quruma sədrlik etdi. Eyni zamanda, ölkəmizdə çoxsaylı mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən tədbirlərə uğurla ev sahibliyi edir və ölkəmiz dünyanın multikultiralizm mərkəzlərindən biri sayılır. Habelə, “Eurovision” beynəlxalq musiqi yarışmasının, ilk Avropa Oyunlarının və digər çoxsaylı beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi uğurlu və hərtərəfli siyasətin başlıca göstəricilərindəndir. Bütün bu nailiyyətlərin başlıca səbəbi heç şübhəsiz, Azərbaycanın geniş beynəlxalq əlaqələrə, ictimai-siyasi sabitliyə və davamlı inkişafa malik olmasıdır. Bu gün hamimiz qürurla deyə bilərik ki, Azərbaycan dünya miqyasında öz sözünü deyən, öz yeri olan nüfuzlu və qüdrətli bir ölkədir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.