YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Qarşıda duran əsas məsələlərdən biri yüksək ixtisaslı elmi kadrların hazırlanmasıdır

«Dövlət ali təhsil müəssiələrində çalışan  yaşı 65-dən yuxarı olan elmlər doktorlarının sayı 68,7 faiz təşkil edir. Fəlsəfə doktoru üzrə göstəricilərə gəlincə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir». Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktorunun olmadığını göstərir. Onun sözlərinə görə, bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar.

«Qarşıda duran əsas məsələlərdən biri yüksək ixtisaslı elmi kadrların hazırlanmasıdır. Ölkədə təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür. Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Ona görə də təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri-mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır»- deyə, nazir müavini vurğulayıb.