YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: Ölkəmizdə internetin istifadə səviyyəsi yüksəkdir

«Bakı şəhərində, eyni zamanda bölgələrdə fiberoptik kabellərin qurulması və onların şəbəkəsini genişlənməsi üzərində layihələr həyata keçirilir». Bunu bunu rabitə və texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadə qeyd edib ki, ölkədə internetin istifadə səviyyəsi yüksəkdir. Onun sözlərinə görə, buna baxmayaraq internet xidmətlərinin keyfiyyətinin artırılması, daha çeşidli xidmətlərin göstərilməsi üçün işlər görülməkdədir, o cümlədən infrastruktur layihələri həyata keçirilməsi, yəni mövcud şəbəkənin modernləşdirilməsi üzərində işlər gedir.

«Burada həm Bakı Telefon İstehsalat Birliyi, eyni zamanda “Aztelekom” İB layihələri həyata keçirir»- deyə, nazir müavini vurğulayıb.