YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Mayın 17-də Milli Məclisin növbəti iclası keçirilir.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılacaq.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq olunması haqqında qanun layihələrini müzakirə edəcəklər.

Plenar iclasda, həmçinin “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Hesablama Palatası haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İcra məmurları haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun və 2009-cu il 4 dekabr tarixli qanunları ilə təsdiq edilmiş, müvafiq olaraq “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” əsasnamələrdə dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.

Bundan başqa, plenar iclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda, habelə Azərbaycan Respublikasının Cinayət, Əmək, İnzibati Xətalar və Vergi məcəllələrində dəyişiklik edilməsi məsələlərinə, eləcə də “Elm haqqında” qanun layihələrinə də baxılacaq.