YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Möhsün Pakayin: İran Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır

İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.

Bu sözləri yerli mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Diplomat bildirib ki, əgər tərəflər müraciət etsələr, İran münaqişənin həllinə kömək göstərməyə hazırdır. Rəsmi Tehran bölgədə sülhün və qarşılıqlı əməkdaşlığın hökm sürməsində maraqlıdır.

Səfir bir daha bəyan edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona hörmətlə yanaşır.