YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçirilib

Bu gün "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçirilib.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan mətbuatında, internet-media məkanında dil xüsusiyyətlərinə, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərinə diqqət yetirilib, mövcud istiqamətlərdə müzakirə aparılıb.

Konfransda MŞ İdarə Heyətinin üzvləri, MTRŞ rəhbərliyi, kütləvi informasiya vasitələrinin baş redaktorları, dövlət rəsmiləri də iştirak ediblər.