YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Sivilizasiyalar Alyansının Bakı Forumunda beynəlxalq təşkilatlar təmsil olunacaq

Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, forumda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının sivilizasiyalararası dialoq Departamentinin direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət, sosial və ailə məsələləri Departamentinin baş direktoru Mehla Talebna və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

 

DİGƏR Xəbərlər Arxiv