YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aktauda Azərbaycanın Logistika Mərkəzinin təməli qoyulacaq

Aktauda Azərbaycanın Logistik Mərkəzi yaradılır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanla dost Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar əlaqələr uğurla inkişaf edir, əməkdaşlığımız qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və qardaşlıq münasibətləri inkişaf edir və daha da şaxələnir.

Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafında dövlət başçılarının mütəmadi görüşləri xüsusilə böyük əhəmiyyət kəsb edir. Siyasi əlaqələrimizin yüksək inkişaf səviyyəsi öz növbəsində iqtisadi əməkdaşlığımızın genişlənməsinə əlverişli şərait yaradır.

Prezident İlham Əliyevin ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının ixracının artırılması barədə verdiyi tapşırıqlara uyğun olaraq, Aktauda yaradılacaq Logistik Mərkəz Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olmaqla, Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını daha da artıracaq.

İyunun 28-də "Aktau İstehsal və Logistika Mərkəzi"nin təməli qoyulacaq, tikintisinə start veriləcək. Bu məqsədlə keçiriləcək tədbirdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

[Foto: Aktauda Azərbaycanın Logistika Mərkəzinin təməli qoyulacaq / Biznes və iqtisadiyyat xəbərləri]