YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun nüfuzlu “Неман” ədəbiyyat jurnalı Leyla Əliyevanın şeirlərini dərc etmişdir

Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan “Неман” ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilmişdir. Həmin şeirlər Belarus oxucularının diqqətini cəlb etmiş və böyük marağa səbəb olmuşdur.

Azərbaycanın Belarusdakı səfirliyindən bildirmişlər ki, “Неман” jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin “Şeyx Sənan” poemasına yer ayırmışdı. Leyla Əliyevanın şeirləri isə bu nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir.