YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İrəli” İctimai Birliyinin yeni sədri seçilib

İyunun 27-də “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, dövlət və hökumət nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

İctimai Birliyin ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilmişdir.

Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinə xüsusi diqqət yetirilməsinə başlandığını vurğulamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin banisi olduğunu xüsusi vurğulayan S.Orucov 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını bu diqqətin göstəricisi adlandırmışdır. Prezident İlham Əliyevin siyasi fəaliyyətində gənclərə xüsusi yer ayırdığını diqqətə çatdıran S.Orucov dövlətimizin başçısının gənclərimizin hamisi olduğunu bildirmişdir.

Hesabat-seçki konfransında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu bildirmişdir: “Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər gənclərimizə həmişə böyük ümidlər bəsləmiş, onları Azərbaycanın gələcəyi adlandırmış və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir”.  

Sonra qurumun sədri vəzifəsinə səsvermə keçirilmişdir.

Səsvermənin nəticələrinə görə Mirhəsən Seyidov “İrəli” İctimai Birliyinin sədri seçilmişdir.