YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini ictimaiyyətə təqdim etmişdir

İyunun 27-də Bakıda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) təqdimatı olmuşdur. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə makroiqtisadi sabitliyi və sürətli sosial-iqtisadi tərəqqini təmin edən uğurlu siyasətində işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasının mühüm yer tutduğunu demişdir.

S.Müslümov bildirmişdir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi barədə Prezident İlham Əliyev tərəfindən 2014-cü il 3 fevral tarixli Fərman imzalanmışdır. Fərman Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açmış, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn və işçinin gələcək sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq hallarına gətirib çıxaran stereotiplərin aradan qalxmasına, əmək bazarına dövlət nəzarətinin xeyli güclənməsinə şərait yaratmışdır.

Nazir bildirmişdir ki, Fərmana əsasən, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin EİS-də qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür.

S.Müslümov dedi: “Əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır”.