YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupları yeni tərkibdə təsdiq edilmişdir

Argentina Respublikası Milli Konqresinin Senat və Deputatlar Palatasında 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan ilə parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Senatda Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 9 üzvü, Deputatlar Palatasında isə Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 8 üzvü vardır.

Hər iki ildən bir Argentina Milli Konqresinin müəyyən hissəsinin yenilənməsi ilə bağlı keçirilən parlament seçkilərindən sonra bütün parlamentlərarası dostluq qruplarının tərkibi yenidən təsdiq olunur.