YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan Dohada neft hasilatçısı ölkələrinin görüşündə iştirak edəcək

Qazaxıstan aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçısı ölkələrinin görüşündə iştirak edəcək.

Toplantıda Qazaxıstanı energetika naziri Kanat Basumbayev təmsil edəcək.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC neft istehsalçıları aprelin 17-də Dohada toplaşaraq hasilatın həcmini “dondurmaq” barədə qərar qəbul etməyi nəzərdə tuturlar. Rusiya və OPEC-ə üzv bəzi ölkələrin - Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın enerji nazirləri isə fevralda Dohada toplaşmış və digər böyük hasilatçıların da qatılması şərti ilə xam neft istehsalının miqdarlarını yanvardakı səviyyəsində “donduracaq”larını açıqlamışdılar. OPEC-in budəfəki iclasına ümumilikdə 18 ölkə qatılacaq. Hələ ki 5 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıda iştirakdan imtina edib.

Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri Natiq Əliyev təmsil edəcək. Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək Dohada keçiriləcək toplantıdan öncə azərbaycanlı həmkarı ilə görüş keçirməyi təklif edib.