YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistanın sharh.uz portalı Azərbaycan silahlı qüvvələrinin qələbəsindən yazır

Daşkənddəki sharh.uz portalı Dağlıq Qarabağdakı vəziyyətlə bağlı rus dilində geniş material yerləşdirib.

Məqalədə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərginlik və silahlı qüvvələrimiz qələbəsi haqqında söhbət açılır.

Yazıda deyilir ki, Azərbaycan silahlı qüvvələrinin əks hücumları nəticəsində Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində uğurlu əməliyyatlar aparılıb və bir sıra strateji yüksəkliklər, o cümlədən Talış kəndi ətrafındakı ərazilər, həmçinin Seysulan kəndi düşməndən azad edilib. Lələtəpə yüksəkliyinin geri alınması ilə Füzuli rayonunun böyük bir ərazisinə nəzarət etmək imkanı əldə olunur.

Materialda qeyd edilir ki, erməni silahlı qüvvələri dinc əhalinin yaşadığı kəndləri də minomyot və digər silahlardan atəşə tutur. Cəbhə xəttinə yaxın ərazilərlə yüzlərlə ev dağılıb və ya yararsız hala düşüb, dinc sakinlər arasında yaralanan və həlak olanlar var.

Bununla belə Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır.

Son günlər təmas xəttində atəşkəs elan edilsə də ermənilərin silahları susmur, müntəzəm olaraq Azərbaycanın mövqeləri atəşə tutulur.