YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Çətin: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz geri qaytarmalıdır.

Bu fikir Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətinin son günlər Ermənistan silahlı qüvvələri bölmələrinin təxribatları nəticəsində Azərbaycanla təmas xəttində yaranmış gərginliklə əlaqədar bəyanatında yer alıb.

Hikmət Çətin bəyanatda erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərində şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə, ümumilikdə Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistanın işğalı altında olduğunu bildirən Hikmət Çətin bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşdüyünü vurğulayıb. O, Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinin davam etdiyi müddətdə Cənubi Qafqaz regionunda sülhün və stabilliyin təmin olunmayacağını qeyd edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmadığı təqdirdə hər an toqquşma və böhran təhlükəsi yarana bilər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə və sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edən H.Çətin vurğulayıb ki, Ermənistan silahlı qüvvələri bunun üçün ilk növbədə heç bir şərt irəli sürmədən Azərbaycanın tarixi torpaqları olan 7 rayonu tərk etməlidir. Dağlıq Qarabağın statusu və gələcəyi isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməlidir.