YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Prezident İlham Əliyevin xarici siyasəti ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirib

«Dövlətçiliyin, müstəqilliyin qorunması, milli və beynəlxalq təhlükəsizliyin təmin olunması xarici siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan, Prezident İlham Əliyevin ABŞ-da keçirilən Beynəlxalq Nüvə Sammitinə dəvət alması və həmin tədbirdə ən nüfuzlu iştirakçılardan biri kimi iştirak etməsi belə qənaətə gəlməyə əsas verir ki, bu prioritetlər ilk növbədə Azərbaycanın xarici siyasət kursunun davamlı uğurlarının məntiqi nəticəsidir». Bu fikirləri  Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Prezident İlham Əliyevin xarici siyasəti ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirib. Onun sözlərinə görə, dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani sübutdur.

«Azərbaycan balanslı diplomatiya ilə ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Nəticədə Azərbaycan Cənubi Qafqaz regionundakı geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirib. Təbii ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin IV Nüvə Təhllükəsizliyi Sammitində ən yüksək səviyyədə iştirakı bunu bir daha sübut edir»- deyə, A.Əliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv